ABŞ İranda uranın zənginləşdirilməsinə razılıq verir?

ABŞ İranda uranın zənginləşdirilməsinə razılıq verir? Dünya

Vaşinqton Tehranın uranın zənginləşdirilməsini dayandırması ilə bağlı əsas tələbdə müəyyən çeviklik göstərməyə hazırdır.

News24.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Financial Times"a müsahibəsində deyib.

Diplomatın sözlərinə görə, tərəflər nəhayət nüvə sazişinin imzalanması üçün kompromis tapa bilərlər.

“Sevindiricidir ki, amerikalılar İranın uranı dəqiq müəyyən olunmuş çərçivələr daxilində zənginləşdirməsi ilə barışmağa hazırdırlar. İran tərəfi artıq ABŞ ilə razılaşmanın vacibliyini anlayır. ABŞ da İranın müəyyən hədlərinin olduğunu qəbul edir”, - deyə Fidan qeyd edib.

Türkiyə XİN rəhbəri əlavə edib ki, Tehran real razılaşma əldə etməyə çalışır, zənginləşdirmə səviyyəsinə məhdudiyyətləri qəbul etməyə və sərt yoxlama mexanizminə əməl etməyə hazırdır.

Qeyd olunub ki, uranın zənginləşdirilməsinin tam dayandırılması tələbi uzun müddət razılaşmanın əldə olunmasına mane olan əsas şərtlərdən biri olub. İran isə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısı kimi bu hüququnu qoruduğunu bildirir.