ABŞ İranla bağlı sanksiyanı ləğv etdi

ABŞ İranla bağlı sanksiyanı ləğv etdi Dünya

Ağ Ev 30 gün müddətinə İran neftinin alınmasına tətbiq olunan sanksiyaları müvəqqəti olaraq ləğv edib.

News24.az xəbər verir ki, ABŞ-nin maliyyə naziri Skott Bessent bu addımın dünya bazarına təxminən, 140 milyon barel neftin çıxarılmasına imkan verəcəyini və qiymətlərin qismən azalmasına kömək edəcəyini bildirib.

Qeyd edək ki, münaqişə başlayandan bəri neft qiymətləri 1,5 dəfədən çox artaraq bir barel üçün 100 dollardan yuxarı qalxıb ki, bu da 2022-ci ildən bəri ən yüksək səviyyədir.

Qeyd olunub ki, bu, son iki həftə ərzində sanksiyaların artıq üçüncü dəfə müvəqqəti yumşaldılmasıdır. Mövcud tədbirlər aprelin 19-dək qüvvədə olacaq və yalnız hazırda neft yüklənmiş tankerlərə şamil edilir. /The Guardian