ABŞ İranla müharibəyə 77 milyard dollar xərclədi
Dünya
Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasında həyata keçirdiyi hərbi əməliyyatlara çəkilən xərclər 77 milyard ABŞ dollarını keçib.
News24.azxəbər verir ki, bu barədə “Iran War Cost Tracker” internet resursunun məlumatlarında bildirilib.
Məlumata görə, əməliyyatın ilk altı günü Vaşinqtona 11,3 milyard dollara başa gəlib. Hesablamalara şəxsi heyətin saxlanılması, bölgəyə göndərilən gəmilər və digər əlaqəli xərclər daxil edilib.
Hesablama metodikası Pentaqon tərəfindən ABŞ Konqresinə təqdim olunan hesabata əsaslanır. Həmin hesabata görə, sonrakı xərclər gündə təxminən 1 milyard dollar təşkil edəcək.