ABŞ və İran 6 aprelədək razılığa gələcək?

ABŞ və İran 6 aprelədək razılığa gələcək? Dünya

ABŞ İranla aprelin 6-dək razılaşma imzalayacağına ümid edir.

News24.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livit brifinq zamanı deyib.

Ondan ABŞ Prezidenti Donald Trampın aprelin 6-dək İranın enerji infrastrukturuna zərbələrin dayandırılması barədə xəbəri şərh etmək xahiş edilib. BU müddət ərzində Trampın nəyə nail olmaq istəməsi ilə bağlı sual ünvanlanıb. Livit bildirib:

"Prezident Tramp razılığa gəlmək istəyir. Zaman getdikcə daralır. Cəmi bir neçə gün qalıb. Görək, bu 10 gün ərzində nələr baş verəcək".

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Tehranı danışıqları pozacağı təqdirdə İranın bütün elektrik stansiyalarını, neft quyularını və Fars körfəzindəki Xark adasını məhv etməklə hədələyib. Daha sonra isə İranın hökumət nümayəndələri ilə danışıqlar apardığını bildirib.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai isə cavabında qeyd edib ki, İran Pakistanın vasitəçiliyi ilə ABŞ-dən danışıqlarla bağlı təkliflər alıb, lakin Vaşinqtonla birbaşa təmas qurulmayıb.