ABŞ-yə məxsus kəşfiyyat təyyarəsi radardan itdi
Dünya
ABŞ-yə məxsus kəşfiyyat təyyarəsi Barens dənizi üzərində radarlardan itib.
News24.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing RC-135W Rivet Joint" strateji kəşfiyyat təyyarəsi Barens dənizinin Murmanskdan şimalda yerləşən akvatoriyasında təxminən bir saat patrul uçuşu həyata keçirdikdən sonra radarlardan itib.
Bu barədə “RİA Novosti”nin araşdırdığı uçuş məlumatlarında qeyd olunub.