ABŞ Ədliyyə Nazirliyi Maska qarşı - ittiham irəli sürüb
Dünya
ABŞ Ədliyyə Nazirliyi X sosial şəbəkəsinin sahibi amerikalı sahibkar İlon Maskı istifadəçi məlumatlarının məxfiliyini və təhlükəsizliyini pozmaqda ittiham edib.
News24.az xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.
Nəşrin məlumatına görə, Ədliyyə Nazirliyi milyarderin Twitter-in 2010-cu ildə Federal Ticarət Komissiyası (FTC) ilə bağladığı istifadəçi məxfiliyi müqaviləsini 20 il müddətinə ləğv etməyə cəhd etdiyinə diqqət çəkib. Departament, Maskın "əsassız təklifinin" rədd edilməli olduğunu bildirərək məhkəməyə müraciət edib.
Bildirilir ki, FTC öz araşdırmasını aparıb və onun nəticələri istifadəçi məlumatlarının təhlükəsizliyi ilə bağlı narahatlıqlara səbəb olub.
Aydan