ABŞ-da bir ilk yaşana bilər – müsəlman namizəd Nyu-York merliyinə seçkilərdə favoritdir

ABŞ-da bir ilk yaşana bilər – müsəlman namizəd Nyu-York merliyinə seçkilərdə favoritdir Dünya

Nyu-Yorkda tarixdə ilk dəfə müsəlman mer seçilə bilər.

News24.az “Bild” nəşrinə istinadla xəbər verir ki, bu gün Nyu-Yorkda seçkilər keçirilir və sorğuya əsasən, Zöhran Mamdani keçmiş ştat qubernatoru Endryu Kuomonu 25 faiz fərqi ilə qabaqlayır.

Zöhran Mamdani 34 yaşındadır, əslən Hindistandandır. O, sakinlərə pulsuz ictimai nəqliyyat, uşaq bağçaları vəd edib və bu tədbirləri zənginlərdən alınan vergilərlə maliyyələşdirməyi planlaşdırır.

Prezident Donald Tramp artıq onu “Nyu-Yorku məhv edəcək kommunist dəli” adlandırıb.

Qeyd edək ki, KİV-in məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi Mamdaninin kampaniyasının maliyyə mənbələrini və hətta vətəndaşlıq əldə etməsinin qanuniliyini araşdırır.

Əgər proqnozlar təsdiqlənərsə, Mamdani 2026-cı il yanvarın 1-də vəzifəyə başlayacaq.