ABŞ-a casusluq edən şəxs - TUTULDU
Dünya
Çin xüsusi xidmət orqanları Siçuan əyalətindəki müdafiə zavodunda ABŞ-a casusluq edən şəxsi saxlayıb.
News24.az xəbər verir ki, bu barədə Çinin Dövlət Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Məlumata görə, müdafiə institutunda işləyən Çin vətəndaşının ABŞ-ın xeyrinə casusluqda günahlandırıldığı və işinin mühakimə olunmaq üçün Çenqdu şəhərindəki məhkəməyə göndərildiyi bildirilib.