ABŞ “Abrams” tanklarının Ukraynaya göndəriləcəyini təsdiqləyib- - Video

ABŞ “Abrams” tanklarının Ukraynaya göndəriləcəyini təsdiqləyib- - Video Dünya
Birləşmiş Ştatlar Ukraynaya payıza qədər çatdırılmalı olan “Abrams” tanklarının ilk partiyasının göndərilməsini təsdiqləyib.

News24.az-ın məlumatına görə, bu barədə CNN telekanalı ABŞ ordusu katibinin tədarük, logistika və texnologiya üzrə köməkçisi Duqlas Buşa istinadla məlumat yayıb.

“Tanklar hazırdır. İndi onlar sursat, ehtiyat hissələri ilə birlikdə Avropaya, sonra isə Ukraynaya çatdırılmalıdır", - deyə D.Buş bildirib. O, tədarük6lərin ilk partiyasına neçə tankın daxil ediləcəyini dəqiqləşdirməyib.

Ətraflı RTV-nin süjetində: