ABŞ açıqladı: Ukrayna ordusu müdafiə xəttini yardı

ABŞ açıqladı: Ukrayna ordusu müdafiə xəttini yardı Dünya

Ukrayna Müdafiə Qüvvələri Zaporojye vilayətində rus istehkamlarının birinci xəttini yarıb.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli deyib.

Milli bildirib ki, ruslar arasında Ukrayna Silahlı Qüvvələrinin irəliləyişlə bağlı qorxuları var:

“Ukrayna qoşunlarının Zaporojye vilayətində cənubda Rusiya müdafiəsinin birinci xəttini yardığını və strateji əhəmiyyətli Tokmak şəhəri istiqamətində trayektoriyasını genişləndirdiyini göstərən əlamətlər artır”.