ABŞ-da ilan 11 min insanı işıqsız qoydu
Dünya
ABŞ-da 11 min yerli sakin işıqsız qalıb.
News24.az xəbər verir ki, bu barədə NDTV yazıb.
Bunun ilanın günahı olduğu ortaya çıxıb.
KİV-in məlumatına görə, Virciniya ştatında güclü elektrik kəsilməsi baş verib. Transformator yarımstansiyasına gələn mütəxəssislər bildiriblər ki, qəzaya səbəb olan ilan qadağan olunmuş əraziyə sürünərək avadanlıqları zədələyib.
Elektrikçilər fasilədən saat yarım sonra evlərin enerji təchizatını operativ şəkildə bərpa ediblər. Mütəxəssislər hadisəyə səbəb olan ilanın cinsinin müəyyən edilmədiyini qeyd ediblər.
Məryəm İlhamqızı