ABŞ-dan Rusiyaya sərt sanksiya - XƏBƏRDARLIĞI
Dünya
Ağ Evin mətbuat katibi Karoline Leavitt bildirib ki, əgər Rusiya 50 gün ərzində Ukrayna ilə atəşkəs və ya sülh razılaşmasına gəlməzsə, ABŞ Rusiyaya qarşı yeni ticarət tarifləri və ikinci dərəcəli sanksiyalar tətbiq edəcək.
Bu barədə News24.az TASS-a istinadən xəbər verir.
Leavitt bu barədə belə deyib: “Əgər 50 gün ərzində atəşkəs və ya sülh razılaşması əldə olunmasa, Rusiya qanuni şəkildə atəşkəsə razılaşmaqdan imtina edərsə, o zaman onu çox ciddi tariflər və ikinci dərəcəli sanksiyalar gözləyir.”
Mətbuat katibi əlavə edib ki, Rusiyadan neft alan ölkələr də sanksiyalara məruz qalacaq: “Bu, Rusiya iqtisadiyyatına ciddi zərər vuracaq. Prezident bu müharibənin diplomatik yolla başa çatmasını istəyir.”
Yeni planın əsas məqsədi Moskvanı danışıqlara məcbur etmək və münaqişəyə sülh yolu ilə son qoymaqdır.
Xeyrənsə Piriyeva