ABŞ İranla müharibəyə hazırlaşır? - Vaşınqton açıqladı

ABŞ İranla müharibəyə hazırlaşır? - Vaşınqton açıqladı Dünya
ABŞ aviadaşıyıcısının və qırıcılarının Hörmüz boğazına göndərilməsi İranla müharibəyə hazırlıqla bağlı deyil.

News24.az​​​ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

"Biz İranı qlobal neft tədarükünün təxminən 20%-nin keçdiyi bu kritik vaxtda dəniz yolu ilə sərbəst ticarəti təhdid edən sabitliyi pozan hərəkətləri dərhal dayandırmağa çağırırıq" deyə bildirilib.

Miller, ABŞ-ın bölgədəki hərbi varlığının artmasının səbəbini davam edən təhdidlərlə əlaqələndirib. O, bunun Vaşinqtonun müttəfiqləri ilə koordinasiyada həyata keçirildiyini də vurğulayıb.

Bundan əvvəl Pentaqon sözçüsü ABŞ-nin F-16 və F-35 qırıcılarını, həmçinin USS Thomas Hudne qırıcısını Hörmüz boğazına göndərəcəyini açıqlamışdı.

Qırıcıların boğazda qalma müddəti müəyyən edilməyib.