ABŞ müdafiə nazirinin maaşını 1 dollara endirmək - TƏKLİF EDİLDİ
Dünya
Konqresmen Marcori Teylor Qrin ABŞ-nin müdafiə naziri Lloyd Ostinin maaşının bir dollara endirilməsini təklif edib.
News24.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Teylorun fikrincə, o, rəsmi vəzifələrinin öhdəsindən gələ bilmir.
“Lloyd Ostin müdafiə naziri vəzifəsində uğursuz oldu və ABŞ-nin milli təhlükəsizliyini təhlükə altına aldı. Mən onun əmək haqqının 1 dollara endirilməsi üçün təklif edirəm”, - deyə konqresmen yazıb.