ABŞ nəşri Ərdoğanı sülhün memarı kimi təqdim etdi

ABŞ nəşri Ərdoğanı sülhün memarı kimi təqdim etdi Dünya
“Həm Zelenski, həm də Putin Ərdoğanın dəstəyini qazanmaq üçün mübarizə aparır”. 

News24.az xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan “Newsweek” jurnalı məlumat yayıb. 

Məlumatda vurğulanıb ki, Ərdoğan Rusiya-Ukrayna müharibəsində Türkiyəni sülhün memarı etməyi bacarıb. Həmçinin, taxıl dəhlizinin gələcəyi üçün prezident Ərdoğanın rolu qeyd olunub.