ABŞ-nin müdafiə naziri İsrailə gedir

ABŞ-nin müdafiə naziri İsrailə gedir Dünya

ABŞ-nin müdafiə naziri Lloyd Ostin yaxın saatlarda Yaxın Şərqə səfər edəcək.

News24.az Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, onun İsrail, Qətər və Bəhreyndə kritik görüşlər keçirəcəyi gözlənilir.

Səfər çərçivəsində Pentaqon rəhbəri ölkəsinin İsrailin özünümüdafiə hüququnu tanıdığı və bu addımın beynəlxalq humanitar hüquqa əsaslandığı barədə bəyanat verəcəyi bildirilir.

L. Ostin eyni zamanda İsrail Hərbi Komandanlığı ilə hərbi əməliyyatlardan sonrakı addımları müzakirə edəcək.

Növbəti dayanacağı Bəhreyn olacaq Pentaqonun başçısı ölkəsinin Hərbi Dəniz Qüvvələrinin buradakı Mərkəzi Komanda məntəqəsini ziyarət edəcək.

Müzakirələrin diqqət mərkəzində rəsmi Vaşinqtonun dəniz yükdaşımalarına və dünya iqtisadiyyatına qarşı maneələri aradan qaldırmaq üçün çoxtərəfli koalisiya formalaşdırmaq cəhdləri, eləcə də birgə fəaliyyət planı da olacaq.

Fərid Azəri