ABŞ prezidentliyinə nazmizədlərdən biri - GERİ ÇƏKİLDİ
Dünya
ABŞ-ın keçmiş vitse-prezidenti Maykl Pens prezident seçkisi yarışında iştirakını dayandırmaq qərarına gəlib.
News24.az xəbər verir ki, o, bu barədə Las-Veqasda çıxışı zamanı bildirib.
“Son altı ayda ölkəni gəzdikdən sonra mənə aydın oldu ki, indi mənim vaxtım deyil... Mən bu gündən etibarən prezidentliyə namizədliyimi dayandırmaq qərarına gəldim”, - deyə o qeyd edib.
Pens 2024-cü ildə dövlət başçısı postuna seçkilərdə iştirak edəcəyini açıqlamışdı.