ABŞ Ukraynaya əlavə yardım ayırdı

ABŞ Ukraynaya əlavə yardım ayırdı Dünya

ABŞ Ukraynanın enerji sisteminin gücləndirilməsi, eləcə də digər zəruri ehtiyaclarının təmini üçün 1,5 milyard dollar ayırıb.

News24.az  APA-ya istinadən xəbər verir ki, bunu İsveçrədə keçirilən Sülh Sammitində bu ölkənin vitse-prezidenti Kamala Harris açıqlayıb.

Kamala Harris bildirib ki, həmin vəsait eyni zamanda humanitar və təhlükəsizlik sahəsindəki problemlərin həllinə sərf olunacaq.