ABŞ və Ukrayna “iqtisadi tərəfdaşlıq” sazişi imzalayıb
Dünya
ABŞ Maliyyə Nazirliyinin 'ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondu'nun yaradılması ilə bağlı imzaladığı razılaşma ilə bağlı açıqlama verilib.
News24,az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın rəhbərliyi altında Xəzinədarlıq Nazirliyi və ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) Ukrayna ilə proqramın idarə edilməsini tamamlamaq və tərəfdaşlığı inkişaf etdirmək üçün çalışacaq.
ABŞ-ın maliyyə naziri Skott Bessent də məsələni dəyərləndirərkən Trampın Rusiya və Ukrayna arasında davamlı sülhün bərqərar olması üçün göstərdiyi səyləri qeyd edib.
“Bu razılaşma Rusiyaya aydın şəkildə göstərir ki, Tramp administrasiyası uzunmüddətli perspektiv üçün azad, suveren və firavan Ukraynaya əsaslanan sülh prosesinə sadiqdir”, - Bessent bildirib.
Müqavilə ABŞ-a Ukraynanın təbii sərvətlərinə çıxışı təmin edəcək, müqabilində indiyədək Ukraynaya hərbi və maliyyə dəstəyi verəcək.
Səma