ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri - GÖNDƏRİR

ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri - GÖNDƏRİR Dünya

Qəzza zolağında vəziyyətin pisləşməsi fonunda Vaşinqton İranın qarşısını almaq üçün yaxın vaxtlarda Yaxın Şərqə əlavə 20-25 F-15 və F-35 qırıcıları göndərəcək. 

 News24.az xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Telekanal vurğulayıb ki, döyüş təyyarələrinin bölgəyə təhvil verilməsində məqsəd İran təcavüzü və İsrail sərhədlərindən kənarda hərbi əməliyyatların genişlənməsinin qarşısını almaqdır. 

Amerika F-15 və F-35-lərin Yaxın Şərqə nə vaxt çatacağı hələlik dəqiq bilinmir.

Ayşən