"Adobe" şirkətinin təsisçisi vəfat etdi
Dünya
"Adobe" şirkətinin təsisçisi və "Photoshop"u yaradan Con Uornok vəfat edib.
News24.az "Cümhuriyyet"ə istinadən xəbər verir ki, 82 yaşlı təsisçinin ölüm səbəbi hələ məlum deyil.
Xatırladaq ki, şirkəti Con Uornok Çarlis Gesçke ilə birlikdə 1982-ci təsis edib. O, 2000-ci ilə qədər şirkətin baş direktoru vəzifəsində çalışıb və 2017-ci ildən ölümünə qədər İdarə Heyətinin sədri olub.
Uornok bir çox mükafat və fəxri adlara layiq görülüb.
Qumral