Ağ Ev uşaqların öldürülməsinə görə HƏMAS-ı - GÜNAHLANDIRIR
Dünya
Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
Kirbi, İsrailin bombardmanları nəticəsində binaların dağıntıları altında qalan Qəzzalı uşaqlarla bağlı bunları deyib: "Uşaqların dağıntılar altından çıxarılması qorxuncdur".
Sözçü iddia edib ki, HƏMAS mülki insanları ərazini tərk etmək əvəzinə evlərində gizlənməyə təşviq edib.
Ülkər Abdurahmanlı