Ağır qəza: 12 nəfər ölüdü - Bu ölkədə

Ağır qəza: 12 nəfər ölüdü - Bu ölkədə Dünya

Nigeriyanın paytaxtı Abuja yaxınlığında baş verən yol-nəqliyyat hadisəsində 12 nəfər həyatını itirib.

News24.az xəbər verir ki, bu barədə Nigeriya Milli Yol Təhlükəsizliyi Şurasının (FRSC) məlumat yayıb.

Kömür daşıyan yük maşını sürücünün idarəetməni itirməsi nəticəsində Abuja–Lokoja magistral yolunun Gada Biyu ərazisində parklanmış üç nəqliyyat vasitəsinə çırpılıb. Hadisə zamanı daha 3 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.