Ağlasığmaz çağırış: - "Atom bombası atın..."

Ağlasığmaz çağırış: - "Atom bombası atın..." Dünya


Amerikalı senator Tim Velberq Qəzza zolağının atom bombaları ilə vurulmasına çağırıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, siyasətçi artıq ABŞ-nin belə bir təcrübəsinin olduğunu bildirib.

Amerikanın İkinci Dünya Müharibəsinin sonunda atom bombaları atdığı Yaponiya şəhərlərini xatırladan Velberq deyib:

"Bu işi tez həll edin. Naqasaki və Xirosima kimi olmalıdır".

Senator Qəzzada yaşayanlara humanitar yardımın edilməsinə də qarşı çıxıb.

"Humanitar yardıma bir quruş da xərcləməməliyik", - Velberq vurğulayıb.