Aleksey Navalnı dəfn olundu

Aleksey Navalnı dəfn olundu Dünya

Moskvada həbsxanada dünyasını dəyişən siyasətçi Aleksey Navalnının dəfn mərasimi başa çatıb. 

News24.az xəbər verir ki, Aleksey Navalnı Borisov qəbristanlığında dəfn olunub.

Xatırladaq ki, fevralın 16-da Rusiya hakimiyyəti Navalnının Yamalo-Nenets Muxtar Dairəsinin Xarp qəsəbəsindəki həbsxanada qəfil öldüyünü açıqlamışdı. Fevralın 24-də mərhum siyasətçinin cənazəsi anasına verilib.