Almaniyada iki tramvay toqquşdu: onlarla yaralı var

Almaniyada iki tramvay toqquşdu: onlarla yaralı var Dünya

Almaniyanın qərbində, Helzenkirxen şəhərinin Bekhauzen rayonunda iki tramvayın toqquşması nəticəsində təxminən 25 nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.

Təlim tramvayı şəhərin cənub hissəsi istiqamətində hərəkət edərək "Villi-Brandt-Allee" dayanacağına bir neçə yüz metr qalmış dayanıb.

İlkin məlumatlara görə, onun ardınca gedən sərnişin tramvayı vaxtında dayana bilməyib və digərinə çırpılıb.

Toqquşma nəticəsində 25-ə yaxın insan yaralanıb. Onlardan yeddisi ağır xəsarətlər alıb, üçünün isə həyatı təhlükədədir.

Hadisə yerində xəsarət alanlara ilk yardım göstərilib, bundan sonra bir neçə nəfər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qəzanın başvermə hallarını araşdırmaq üçün Boxum polisinin yol-nəqliyyat hadisələrinin araşdırılması üzrə xüsusi qrupu cəlb edilib. (Report)