Almaniyada koronavirusa yoluxma halları 50 faiz artıb
Dünya
Almaniya xəstəxanalarında hazırda COVID-19 virusuna yoluxmuş 19 minə yaxın pasiyent stasionar müalicə alır. Bu rəqəm Almaniyada xəstəxanaların tezliklə mümkün həddindən artıq yüklənmə ilə bağlı qorxularını artırır.
News24.az xəbər verir ki, bu yaxınlarda ölkədə bu xəstəliyə yoluxmuş pasiyentlərin sayında görünməmiş artım qeydə alınıb. Bu, keçən həftə ilə müqayisədə 50 faizlik sıçrayışdır. Oktyabrın 12-ə ölkədə yoluxma əmsalı artıb və hər 100 min əhaliyə 799,9 hal təşkil edir. Reanimasiya şöbələrində də COVID-19 pasiyentlərin sayı artmaqda davam edir.
Almaniyada klinikalardakı baş həkimlər xəbərdarlıq edirlər ki, ölkədə qarşıdakı həftələr son dərəcə çətin olacaq.