"Alovlu it" ili başladı: Çin küçələri qırmızıya boyandı – FOTOLAR
Dünya
Çində alovlu at ili təntənəli şəkildə qarşılanır.
News24.az xəbər verir ki, şərq təqviminə görə at həyati enerji və özünəinam rəmzi sayılır. Çin astroloqları bildirirlər ki, alov elementi bu xüsusiyyətləri daha da gücləndirə bilər.
Bayram münasibətilə Çin şəhərlərinin küçələri at fiqurları və qırmızı kağız fənərlərlə bəzədilib. Ənənəvi olaraq qeyd etmələr zamanı Əjdaha rəqsi icra olunur. Bu zaman böyük əjdaha fiqurunun içərisində gizlənən insanlar onu dalğavari hərəkətlərlə “canlandırırlar”.
Bu ilin qeyri-adi simvollarından biri isə “Draco Malfoy” olub. “Harry Potter” seriyasının qəhrəmanının adı çin dilində “at”, eləcə də “uğur” və ya “xeyir-dua” sözləri ilə səsləşir. Bu uyğunluq sosial şəbəkələrdə xüsusi maraq doğurub.