Amerikalı jurnalist İraqda qaçırıldı - ANBAAN VİDEO
Dünya
Amerikalı jurnalist Şelli Kitlson ötən gün İraqın paytaxtı Bağdadın mərkəzində silahlı şəxslər tərəfindən qaçırılıb.
News24.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Müşahidə kameralarının görüntülərində mülki geyimdə olan dörd silahlı şəxsin işlək küçədə jurnalistin yolunu kəsdiyi əks olunub. Onlar Ş.Kitlsonu zorla başqa avtomobilə mindirərək hadisə yerindən uzaqlaşıblar.
İraq Daxili İşlər Nazirliyi qaçırılma faktını rəsmən təsdiqləyib. Nazirliyin açıqlamasına görə, həyata keçirilən təqib əməliyyatı nəticəsində artıq bir şübhəli şəxs saxlanılıb. Hazırda jurnalistin yerinin müəyyən edilməsi və digər cinayətkarların yaxalanması istiqamətində genişmiqyaslı axtarış-əməliyyat tədbirləri davam etdirilir.