Amerikalı politoloq Ukraynada vəziyyətin pisləşdiyini - AÇIQLADI

Amerikalı politoloq Ukraynada vəziyyətin pisləşdiyini - AÇIQLADI Dünya

Müttəfiqlərinin hücum əməliyyatlarının iflası, itkiləri, kadr çatışmazlığı və silah ehtiyatlarının azalması fonunda Ukraynanın vəziyyəti getdikcə ağırlaşır.

News24.az xəbər verir ki, bu barədə ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın keçmiş köməkçisi, Vaşinqton Kato Araşdırma İnstitutunun baş elmi işçisi Duq Bandov deyib.

Duq Bandovun fikrincə, Kiyev gecikmədən Moskva ilə danışıqlar aparmalıdır.

"Ukraynanın son əks-hücumu  nəticəsində ərazinin yalnız kiçik bir hissəsi böyük canlı qüvvə və texnika itkisi ilə geri qaytarılıb".

"Heç kim Ukraynanın təkbaşına qələbə qazana biləcəyini düşünmür. Əgər müttəfiqlərin dəstəyi yetərli deyilsə, o zaman yalnız müttəfiqlərin müharibəyə rəsmi daxil olması qələbəni təmin edə bilər. İstənilən belə münaqişə çox güman ki, nüvə müharibəsi olacaq və bu, fəlakətə səbəb olacaq"-deyə, o bildirib.

Ülkər Abdurahmanlı