Ankara Qəzza zolağının iki yerə bölünməsinə - RAZI DEYİL
Dünya
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə bildirib ki, Türkiyə hakimiyyəti Qəzza zolağının iki yerə bölünməsi ilə razı deyil.
News24.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən yazır.
Nəşrin yazdığına görə, Ankara da Qəzza sakinlərinin köçürülməsinə qarşıdır və dərhal atəşkəs əldə olunmasının tərəfdarıdır.
“İsrailin bir şərti var: o, HƏMAS tərəfindən saxlanılan girovların humanitar fasilə zamanı azad edilməsini istəyir. Bundan sonra qırğını qaldıqları yerdən davam etdirəcəklər. HƏMAS-ın əsas kartı girovlardır. Bu düstur yalnız girovların mübadiləsi yolu ilə həyata keçirilə bilər”, - məlumatda deyilir.
Bundan əvvəl Türkiyə prezident administrasiyası Qəzza sakinlərinin köçürülməsi ehtimalını təkzib edib.
Akqabay