AP üzvlərinin telefonlarında casus proqramı tapıldı

AP üzvlərinin telefonlarında casus proqramı tapıldı Dünya

Avropa Parlamentinin sözçüsü vəzifəsini icra edən Delphine Colard açıqlamasında Komitə üzvlərinin kiber təhlükəsizliyini təmin etmək üçün aparılan skanlar zamanı 2 SEDE üzvünün şəxsi telefonlarında casus proqram aşkarlandığını təsdiqləyib.

News24.az xəbər verir ki, "Sözügedən geosiyasi konteksti, SEDE-nin təqib etdiyi faylların xarakterini nəzərə alaraq, bu alt komitənin üzvlərinin cihazlarına xüsusi diqqət yetirilir" Kolard deyib.

Casus proqram hücumlarının arxasında kimin olduğu barədə məlumat verməyən Colard, "Fəaliyyətin xarakterinə görə, AP-nin təhlükəsizliyi, kibertəhlükəsizlik məsələləri və ya bu xüsusi prosedurda istifadə olunan alətlər haqqında əlavə şərh vermirik" deyib.

Colard bildirib ki, 2 komitə üzvünün telefonlarında casus proqram izləri aşkar edildikdən sonra bütün üzvlər texnoloji cihazlarını skan etmək üçün çağırılıb.

Günel Məlikzadə