"Aşiqlər tağı" Sevgililər Günündə uçdu

"Aşiqlər tağı" Sevgililər Günündə uçdu Dünya

İtaliyada Sevgililər Günü gecəsi ölkənin ən məşhur dəniz qayalarından biri – “Aşiqlər tağı” uçub.

News24.az xəbər verir ki, hadisə son günlər bölgədə müşahidə olunan güclü fırtına və intensiv yağış fonunda baş verib.

Söhbət “Arco dei Faraglioni di Sant'Andrea” adlı qaya tağından gedir. Hadisə ərazinin sahil landşaftına son illərin ən ciddi ziyanı kimi qiymətləndirilir.

Onilliklər ərzində Salento bölgəsinin təbii simvollarından biri sayılan bu tağ turistik bələdçilərdə və internet resurslarında geniş şəkildə təqdim olunurdu. Daş tağın fonunda çəkilən şəkillər isə İtaliya sahillərinin həmin hissəsinin vizit kartına çevrilmişdi.

Dağıntı Sevgililər Günü gecəsinə təsadüf etdiyi üçün hadisə ictimaiyyətdə xüsusi rezonans doğurub.