Ata 11 aylıq oğlunu diri-diri basdırdı - Bu ölkədə

Ata 11 aylıq oğlunu diri-diri basdırdı - Bu ölkədə Dünya

ABŞ-də ata 11 aylıq oğlunu diri-diri basdırıb.

News24.az xəbər verir ki, 43 yaşlı Con Hennon 11 aylıq oğlunu gəzintiyə çıxarıb, bundan sonra uşaq yoxa çıxıb. Evə qayıdan kişi həyat yoldaşına uşağı nənəsinə verdiyini deyib.

Körpənin anası övladı ilə bağlı xəbər ala bilmədikdən sonra polisə müraciət edib.

Növbəti gün körpənin cəsədi yol kənarındakı bir xəndəkdə tapılıb.

Məhkəmə-tibbi ekspertizasının məlumatına görə, uşağın kəllə sümüyündə sınıq olub və tənəffüs yollarında torpaq aşkarlanıb. Mütəxəssislər onun diri-diri basdırılmış ola biləcəyini bildiriblər.

İstintaq müəyyən edib ki, uşaq arabası cəsədin tapıldığı yerin yaxınlığında olub və izlər kişinin oğlu ilə birlikdə həmin yerdə olduğunu göstərib.

Dindirmə zamanı Hennon uşağa zərər vermədiyini iddia etsə də, onun artıq öldüyünü düşünərək tərk etdiyini etiraf edib.

Şübhəli ata saxlanılıb. Məlum olub ki, Con əvvəllər də hüquq-mühafizə orqanlarının nəzarətində olub. O, 2024-cü ildə o, zorakılıqla bağlı ittihamlarla cəza çəkib. Ailə sosial xidmətlərin nəzarətində olub. /Daily Mail