"Aversi" klinikasından 3 məhbus - QAÇDI

"Aversi" klinikasından 3 məhbus - QAÇDI Dünya

Tbilisidəki "Aversi" klinikasından 3 məhbus qaçıb.

News24.az  xəbər verir ki, hadisəni sözügedən klinikadan da təsdiqləyiblər.

Bildirilir ki, hadisə bu gün saat 13:00 radələrində baş verib. Məhbuslar tibbi müayinədən keçmək üçün klinikaya gətirilsə də, onlar klinikadan qaçıblar.

Hadisə ilə bağlı Penitensiar Xidmət hələlik rəsmi açıqlama verməyib.

Aynurə