Avqust hadisəsindən sağ çıxmışdı... - Xorvatiyadakı qəzada həlak oldu

Avqust hadisəsindən sağ çıxmışdı... - Xorvatiyadakı qəzada həlak oldu Dünya

Xəbər verdiyimiz kimi, Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsi Xorvatiyada qəzaya uğrayıb, pilot isə həlak olub.

News24.az xəbər verir ki, bu barədə "HberTürk" məlumat yayıb.

Qeyd olunub ki, Xorvatiyada qəzaya uğrayan Meşəçilik Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsinin pilotunun Həsən Bahar olduğu açıqlanıb.

Şəhid pilot Həsən Baharın avqust ayında Muğlanın Yatağan rayonunda baş verən təyyarə qəzasından xəsarətlərlə sağ çıxdığı məlum olub.

O vaxt xəsarətlərlə sağ qalan Həsən Bahar təcili yardım maşını ilə Muğla Təlim və Araşdırma Xəstəxanasına aparılıb.

Avqust hadisəsindən sağ çıxmışdı... - Xorvatiyadakı qəzada həlak oldu