Avropa İttifaqı gərginliyi azaltmağa çağırır

Avropa İttifaqı gərginliyi azaltmağa çağırır Dünya

ABŞ-ın Suriya və İraqa zərbələrindən sonra Avropa İttifaqı Yaxın Şərqdəki vəziyyəti kritik qiymətləndirir, onun nəzarətdən çıxacağından ehtiyat edir və gərginliyi azaltmağa çağırır.

News24.az xəbər verir ki, bunu Aİ xarici siyasət xidmətinin rəhbəri Xosep Borrel  deyib.

“Biz həmişə təkrar edirik ki, Yaxın Şərq hər an partlaya biləcək bir qazandır.Biz hamını gərginliyi azaltmağa çağırırıq, kritik bir vəziyyət yaşayırıq”.

Mehriban Mirzəzadə