Avropa İttifaqından Ukraynaya 90 milyard avro: sənəd imzalandı

Avropa İttifaqından Ukraynaya 90 milyard avro: sənəd imzalandı Dünya

Aİ Ukraynaya 90 milyard avro həcmində kredit ayırıb, müvafiq sənəd artıq imzalanıb.

News24.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin prezidenti Roberta Metsola açıqlama verib.

Onun sözlərinə görə, vəsait dövlət qurumlarının fəaliyyətinin təmin olunmasına, müdafiənin dəstəklənməsinə, ümumi təhlükəsizliyin qorunmasına, həqiqi və davamlı sülhə nail olunmasına və Ukraynanın Avropadakı gələcəyinin möhkəmləndirilməsinə yönəldiləcək.

Qeyd edək ki, Avropa strukturları son illərdə Ukraynaya həm maliyyə, həm də hərbi-siyasi dəstəyini artırıb və bu kredit də həmin strategiyanın davamı kimi qiymətləndirilir.

Avropa İttifaqından Ukraynaya 90 milyard avro: sənəd imzalandı