Avropa qapıları açır: Mütəxəssislər üçün viza rejimi sadələşdirilir
Dünya
Avropa Komissiyası Şengen vizası qaydalarını sadələşdirmək və xarici mütəxəssisləri cəlb etmək üçün yeni plan açıqlayıb.
News24.az xəbər verir ki, yeni qaydaya görə, Şengen ölkələrində 180 gün ərzində maksimum 90 gün qalma limiti bəzi strateji peşələr üçün artırılacaq.
Komissiya hesab edir ki, indiki qaydalar uzun və mürəkkəbdir, buna görə lazım olan işçi qüvvəsi Avropaya gəlməkdə çətinlik çəkir. Bu dəyişikliklə həm vizalar sadələşdiriləcək, həm də müəyyən peşələr üçün qalma müddəti uzadılacaq.
Buraya sənətçilərin qastrol səfərləri, idman tədbirlərində iştirak edən idmançılar, sərhədlərarası layihələrdə iştirak edən mütəxəssislər, sənaye və xidmət sektorlarını dəstəkləyən Aİ işçi qüvvəsi, Aİ bizneslərinə logistika xidmətləri göstərən yük maşını sürücüləri aid edilir.