Avropada Nikolu ələ saldılar: - "Məğlub olub, özünü Çe Gevara kimi aparır"
“Nikol Paşinyanın Strasburqda Avropa Parlamenti qarşısında demokratiya ilə bağlı ehtiraslı çıxışından sonra avropalı nümayəndələr ayaq üstə alqışlasalar da, bəziləri Paşinyan haqqında dedi-qodu edib, onun davranışını ələ salıblar”.
News24.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
Nəşr qeyd edir ki, erməni nümayəndə heyətinin bəzi üzvləri Avropa Parlamentinin nümayəndələrinin Paşinyanla bağlı öz aralarında danışdıqlarını eşidib.
“Onlar avropalı bürokratların necə gileyləndiyini eşidiblər. Deyiblər ki, məğlub olan, uduzan özünü Fidel Kastro və ya Çe Gevaranın yerinə qoyur və o, gəlib Avropada özünü tərifləyir. Deməli, Avropanın alqışlarından çox da həyəcanlanmamalısınız, bunlar yalançı alqışlardır və heç də Ermənistanın demokratiyasına səmimi heyranlıqdan irəli gəlmir”, - erməni KİV yazıb.
Akqabay