Ayı meşədə 2 kişini öldürdü

Ayı meşədə 2 kişini öldürdü Dünya

Rusiyanın İrkutsk vilayətində ayı giləmeyvə toplayanlara hücum edib.

News24.az xəbər verir ki, hadisə Krasnoyarovo kəndi yaxınlığındakı meşədə baş verib.

Hadisə yerinə gələn hüquq-mühafizə əməkdaşları və ovçular ölən iki kişinin meyitini aşkar ediblər.

Ərazidə aqressiv davranan ayı da görülüb. Yırtıcıya atəş açılıb, lakin heyvan meşəyə qaçaraq gizlənib.

Qeyd edək ki, Rusiya Təbii Sərvətlər Nazirliyinin daha əvvəl yaydığı məlumata görə, ölkədə qonur ayıların sayı bir il ərzində 3,7 min artıb.