Ayrıldıqları deyilən Anna və Nikol birlikdə görüntüləndi - Video
Dünya
Ermənistanın baş naziri Nikol Paşinyan ondan ayrıldığını açıqlayan Anna Akobyanla birlikdə görüntülənib.
News24.az xəbər verir ki, A. Akobyan fevral ayında Nikol Paşinyanla olan qeyri-rəsmi nikahının pozulduğunu və hökumət iqamətgahını tərk etdiyini açıqlamışdı.
Buna baxmayaraq, Anna Akobyan əvvəlcə Paşinyanın hökumət bağından etdiyi canlı yayımda, daha sonra isə Gümrü şəhərində keçirilən yürüş və konsert zamanı onun yanında görünüb.
Akobyan şəhərdə Paşinyanla əl-ələ gəzib, jurnalistlərin suallarını isə cavabsız qoyub.
Bundan əlavə, əvvəlki açıqlamalarına zidd olaraq mühafizədən imtina etdiyini bildirsə də, o, Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının müşayiəti ilə hərəkət edib.
"Yenidən bir araya gəlmisiniz?" sualına cütlük cavab verməyib.
Məlumata görə, hətta Paşinyanın yaxın tərəfdarları belə bu vəziyyətlə bağlı dəqiq məlumat verməkdə çətinlik çəkiblər.
Bildirilib ki, Akobyanın hökumət iqamətgahına qayıtması barədə onlar yalnız bir həftə əvvəl məlumatlanıblar, lakin onun hazırkı statusu onlara da tam aydın deyil.
Komanda daxilində baş verənlərə dair çaşqınlıq olduğu və bunun artıq “səhnələşdirilmiş oyun” kimi qiymətləndirildiyi iddia olunur. /Hraparak/