Azərbaycanlı ailəyənin evi yanıb kül oldu

Azərbaycanlı ailəyənin evi yanıb kül oldu Dünya

Gürcüstanın Marneuli bələdiyyəsində azərbaycanlı ailəyə məxsus ev yanıb.

News24.az xəbər verir ki, hadisə Qasımlı kəndində baş verib.

Nəticədə Nuriyevlər ailəsinə məxsus yaşayış evi tamamilə yanıb.

Sakinlərin bildirdiyinə görə, yanğın elektrik xətlərində yaranan nasazlıq səbəbindən baş verib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunsa da, alovun qarşısını almaq mümkün olmayıb.