Bağçada 15 uşaq zəhərləndi

Bağçada 15 uşaq zəhərləndi Dünya

Milli Qida Agentliyinin Kvemo Kartli regional bölməsinin təftiş qrupu Bolnisi Bələdiyyəsinin N6 saylı uşaq bağçasında plandankənar yoxlama aparıb.

News24.az xəbər verir ki, bu barədə Agentliyin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, yoxlama 15 uşağın qidadan zəhərlənməsi ehtimalı ilə bağlı Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən daxil olan bildiriş əsasında aparılır.

Bağçadan laboratoriya tədqiqatı üçün nümunələr götürülüb.

Aynurə