Barselonadakı məşhur məbəd maksimum hündürlüyə yüksəldi
Dünya
Müqəddəs Ailə Kilsəsi (Saqrada Familiya bazilikası) tikinti tarixində maksimum nəzərdə tutulan hündürlüyə çatıb. İsa Məsihə həsr olunmuş mərkəzi qüllənin zirvəsinə xaç quraşdırılıb və məbədin hündürlüyü hazırda 172,5 metr təşkil edir. Bu, layihə üzrə planlaşdırılan son hündürlükdür.
News24.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Mərkəzi qüllədə daxili işlər hələ də davam edir.
Xatırladaq ki, ötən il Saqrada Familiya dünyanın ən hündür xristian məbədi statusunu qazanıb. Məbədin tikintisinə 1882-ci ildə kataloniyalı memar Antoniyo Qaudinin layihəsi əsasında başlanılıb.