Bayden açıqladı: İsraildə 11 amerikalı öldürüldü
Dünya
HƏMAS-ın İsrailə hücumu nəticəsində azı 11 ABŞ vətəndaşı həlak olub.
News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib.
"Təəssüf ki, biz indi bilirik, ən azı 11 Amerika vətəndaşı öldürülüb, İsrail onların əksəriyyəti üçün ikinci vətən idi", - deyə Ağ Ev rəhbəri bildirib.
Bayden itkin düşmüş şəxslər arasında da amerikalıların olduğunu söyləyib.