Bayden Çini “saatlı bomba” adlandırdı
Dünya
"Çin iqtisadi problemlərinə görə “saatlı bomba”dır".
News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden jurnalistlərə açıqlaması zamanı deyib.
“Onların bəzi problemləri var. Bu yaxşı deyil, çünki pis insanlar problemlə üzləşəndə pis işlər görürlər”, - deyə Amerika lideri bildirib.
Bayden vurğulayıb ki, Çinin iqtisadi inkişafı yavaşlayıb, pensiya yaşına çatmış insanların sayı əmək qabiliyyətli yaşda olanların sayından çoxdur.