Bayden təsdiqlədi: - Ukraynaya yardım etməyəcək
Dünya
ABŞ prezidenti Co Bayden federal hökumətin müvəqqəti maliyyələşdirilməsini nəzərdə tutan Senat tərəfindən təsdiqlənən qanunu imzalayıb.
News24.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
İmzalanmış sənəd 2024-cü il yanvarın 19-dək federal qurumların işinin maliyyələşdirilməsini nəzərdə tutur. Ukrayna və İsrailə yardımı ehtiva etmir.
Nəşr qeyd edib ki, Bayden sentyabr ayında 45 günlük müvəqqəti büdcəni təsdiq edərək hökumətin bağlanmasından qaça bilib.
Ukraynaya yardım o zaman da daxil deyildi və İsraillə HƏMAS arasında müharibə hələ başlamamışdı.
Ayşən