Bayden yenidən GÜNDƏMDƏ: Bu dəfə Merkeli - SƏHV SALDI

Bayden yenidən GÜNDƏMDƏ: Bu dəfə Merkeli - SƏHV SALDI Dünya

ABŞ prezidenti Co Bayden yenidən gündəmə gəlib.

News24.az xəbər verir ki, bu dəfə ABŞ prezidenti Co Bayden 2017-ci ildə dünyasını dəyişən Almaniyanın keçmiş kansleri Helmut Kolla Angela Merkeli səhv salıb.

Belə ki, Manhettendə keçirilən tədbirdə Merkellə xatirəsini danışmağa hazırlaşan Bayden səhv edib və Merkeli 2017-ci ildə dünyasını dəyişən Kolla səhv salıb. Yanvarın 6-da Bayden daha bir yanlışa yol verib və 28 il əvvəl vəfat etmiş keçmiş prezident Fransua Mitteranla görüşdüyünü deyib.