Baydendən Rusiyaya qadağa

Baydendən Rusiyaya qadağa Dünya

ABŞ prezidenti Co Bayden Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini imzalayıb.

News24.az xəbər verir ki, mövzu ilə bağlı verdiyi yazılı açıqlamada ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan imzalanan qanun layihəsi ilə ABŞ-ın nüvə sektorunda liderliyini yenidən bərpa etdiyini vurğulayıb.

ABŞ-ın mülki nüvə enerjisi üçün Rusiyadan asılılığını azaltmaqla öz enerji və iqtisadi təhlükəsizliyini gücləndirəcək bir sıra tarixi addımlar atdığını bildirən Sullivan, bu qanunun ABŞ-ın enerji sektorunun gələcək nəsillər üçün qorunmasına kömək edəcəyini qeyd edib.

Günel Məlikzadə